“SƏKKİZ SEVƏN QADIN”... TAMAŞAÇILARI MƏFTUN EDƏCƏKDİR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rus bölməsinin yaradıcı kollektivi yeni hazırladığı tamaşaya – fransız yazıçısı Rober Tomanın “Səkkiz sevən qadın” komediyasına ictimai baxış keçirmişdir. Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, teatrın 75 illik yubileyinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı Altay Seyidovdur. Komediya-dedektiv janrda olan əsərdə Zoya Xarçenko (Qabi), İnna Lemaryeva (Suzan), Ruslana Karvayeva və Maya Dyadunka (Katrin), Ludiya Povetkina (Otyustina), Lyudmila Saprikina (Nənə), Elmira Aslanova (Pieretta), Nelli Həsənova (Şanel) və Yelena Şetinkina (Luiza) çıxış etmişlər. İctimai baxışda aktyorların oyunu yüksək qiymətləndirilmiş və tamaşa kütləvi nümayiş üçün qəbul olunmuşdur. “Səkkiz sevən qadın”ın tamaşaçılarla ilk görüşü sentyabrda olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]