ELM VƏ TƏHSİL
Seminarda Azərbaycan və qonşu ölkə ərazilərinin geodinamik şəraiti müzakirə olunacaq
Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Yer qabığı dinamikasını öyrənmək məqsədilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının GAMIT/GLOBK emalı” mövzusunda Beynəlxalq seminar keçiriləcək.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri AMEA-nın Yer Elmləri Bölməsi ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu birgə təşkil edir.
Rusiya, Türkiyə və Gürcüstan alimlərinin də iştirak edəcəkləri tədbirdə Azərbaycan və qonşu ölkə ərazilərinin geodinamik şəraiti müzakirə olunacaq.