SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİ MAYE QAZDOLDURMA MƏNTƏQƏLƏRİNİN FƏALİYYƏTİNİ ARAŞDIRIR
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin 2007-ci il 7 iyun tarixli 91 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət Qaz Nəzarəti haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Qaz Nəzarət İdarəsinin müfəttişləri tərəfindən ölkə ərazisində fəaliyyət göstərən maye qazdoldurma məntəqələrindəki vəziyyət araşdırılmışdır.
Bu araşdırmalar zamanı qaz təchizatı sahəsində, maye qazın satışında, qaz resurslarından səmərəli və etibarlı istifadənin təmin edilməsində müvafiq qanunların, normativ hüquqi aktların, mövcud istismar, qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl olunmasının vəziyyəti yoxlanılmışdır. Müəyyən edilmişdir ki, Sabirabad rayonu Qaratəpə kəndində Abbasov Nadir Əvəz oğluna məxsus maye qazdoldurma məntəqəsi Sənaye və Energetika Nazirliyindən qaz məhsullarının satışına dair lisenziya almadan fəaliyyət göstərir.
Həmçinin, Quba şəhəri 20-ci məhəllə, 223-cü Atıcı diviziya küçəsində Əliyev Hidayət Seyfəl oğluna məxsus, Sabirabad şəhəri A.Səhhət küçəsində Bağırov Məmmədbağır Məhəmməd oğluna məxsus, Saatlı şəhəri 20-ci məhəllə, Azərbaycan xiyabanında yerləşən Həsənov Oruc Yüzbaşı oğluna məxsus maye qazdoldurma məntəqələrinin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilmişdir. Məlum olmuşdur ki, həmin maye qazdoldurma məntəqləri layihəyə uyğun gəlmir, maye qazın satışının bir hissəsi sayğacsız aparılır, istismar olunan sayğaclar növbəti dövlət yoxlamasından keçirilməmiş və ya Dövlət reyistrinə salınmamışdır.
Dövlət Qaz Nəzarəti İdarəsinin müfəttişləri tərəfindən yuxarıda göstərilən nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə müvafiq göstəriş və tələbnamələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]