İQTİSADİYYAT
Şərq Tərəfdaşlığının “Ticarətə Yardım Masası” platforması təqdim olunub
![](/files/galleryphoto/2022/3/1200x630/16655808824684463855_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655808821124911824_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665580882174245843_1200x630.jpeg)
Bakı, 12 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Ticarət Mərkəzi tərəfindən həyata keçirilən “Ticarətə Yardım Masası” platformasının təqdimatı mərasimində iştirak edib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, platforma Şərq Tərəfdaşlığı regionunda kiçik və orta bizneslərin inkişafına dəstək göstərilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, “Azexport.az” portalı tərəfindən “Ticarətə Yardım Masası” platformasının fəaliyyətinin təmin olunması və daxil olan sorğuların emalı məqsədilə nümayəndə təyin olunub. Yeni platforma istifadəçilərinə ixrac əməliyyatları üzrə statistik göstəriciləri əldə etmək, həmçinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün tələb olunan prosedur qaydaları ilə tanış olmaq imkanı təqdim edir.