Şərqşünaslıq İnstitutunun yeni nəşri: “XVI-XVII əsrlərdə farsdilli poeziya”
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab çapdan çıxıb. Rus dilində nəşr olunan “XVI-XVII əsrlərdə farsdilli poeziya” (Persoyazıçnaya poeziya XVI-XVII vekov) əsərinin müəllifi institutun mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsər farsdilli ədəbiyyatın tarixinin nisbətən az öyrənilmiş bir dövrünə həsr olunub. Burada XVI-XVII əsrlərdə farsdilli poeziyanın bir sıra aspektləri nəzərdən keçirilir, o dövrün 9 nümayəndəsinin, o cümlədən Əbdi bəy Şirazi, Vəhşi Bafqi, Möhtəşəm Kaşani, Əbul-Feyz Feyzi, Ürfi Şirazi, Nəziri Nişapuri, Talib Amuli, Kəlim Kaşani və Saib Təbrizi yaradıcılığı tədqiq edilir. Əsərdə həmin şairlərin həyat yolu, ədəbi irsi izlənilir, onların poeziyasının ideya-məzmun əsası, janr xüsusiyyətləri nəzərdən keçirilir. Birinci fəsildə əvvəlcə araşdırılan dövrün İran və Hindistanda tarixi şəraiti və ədəbi mühiti təqdim edilir. İkinci fəsil isə adları qeyd olunan 9 şairin həyat və yaradıcılıq yoluna həsr edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]