Şərur rayonuna dolu yağıb VİDEO
Naxçıvan, 13 may, AZƏRTAC
Şərur rayonunun Axura kəndinə dolu yağıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müşahidələrə əsasən, yağan dolu dənələrinin diametri 5 millimetr təşkil edib.
Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı və qeyri-sabit hava şəraiti davam edir. Hava şəraitinin həftə sonunadək fasilələrlə müşahidə olunacağı gözlənilir. Bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Müxbir- Nail Əsgərov