Şərur rayonunda torpaq mülkiyyətçiləri yaz əkininə başlayıblar
Şərur, 15 mart, AZƏRTAC
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda aqrar sahənin inkişafı üçün hərtərəfli şərait var. Bərəkətli və məhsuldar torpağı olan bölgədə sahələrdən bol məhsul əldə etmək üçün torpaq mülkiyyətçiləri payız aylarından torpağı əkinə hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, hazırda torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək həyətyanı və pay torpaq sahələrinə kartof toxumu basdırıb, soğan toxumu səpiblər. Adıçəkilən əkinlər, əsasən, rayonun Aralıq, Ələkli, Cəlilkənd, Zeyvə, Düdəngə, Xanlıqlar və Sərxanlı kəndlərində aparılır.
Rayonda torpaq mülkiyyətçiləri digər təsərrüfat sahələri ilə yanaşı, kartof və soğan məhsullarının əkilib-becərilməsində də zəngin təcrübəyə malikdirlər. Son illər bu gəlirli təsərrüfat sahələrinin inkişafına göstərilən qayğı yüksəkkeyfiyyətli məhsul istehsalına səbəb olub. Belə ki, ötən il Şərurda 1064 hektar sahədə kartof, 140 hektar sahədə soğan əkini aparılıb. 16 min tona yaxın kartof, 2 min 587 ton soğan məhsulu əldə edilib. Rayonda 10-a yaxın soyuducu anbarın olması bu məhsulların uzun müddət saxlanılmasına imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]