REGİONLAR
Şərur rayonunun Həmzəli və Axura kəndlərində sosial obyektlər istifadəyə verilib
![](/files/galleryphoto/2023/1/1200x630/16771656115421215151_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16771656112483150321_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16771656115406136345_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16771656116039012407_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16771656114328137386_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16771656113980334205_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16771656115220155622_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16771656111582451997_1200x630.jpg)
Naxçıvan, 23 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli və Axura kəndlərində sosial obyektlər istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, yenidən qurulan Həmzəli kənd tam orta məktəb binası ikimərtəbəli, 198 şagird yerlikdir. Məktəbdə 11 sinif otağı, fizika, kimya-biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 14 kompüter və 4 elektron lövhə quraşdırılıb.
Həmzəlidə uzunluğu 9 kilometr olan yolun əsas və köməkçi hissələrinə asfalt örtüyü döşənib, 800 metr kənddaxili yola isə qum-çınqıl qatı verilib.
İkimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, poçt, polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, feldşer-mama məntəqəsi, arxiv, klub, 38 yerlik zal, qazanxana və digər otaqlar yerləşir.
Xidmət mərkəzində isə ərzaq və təsərrüfat malları mağazaları, ət satışı yeri, bərbər, qadın gözəllik salonu və anbar fəaliyyət göstərir.
Axura kəndində isə kənd mərkəzi, həkim ambulatoriyası, 7,1 kilometr kənd yolu yenidən qurulub.