Şərur şəhərinin 3 küçəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq
Naxçıvan, 5 fevral, AZƏRTAC
Fevralın 6-da “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 110/35/10 kV-luq Şərur şəhər yarımstansiyasından qidalanan 3 nömrəli 10 kV-luq şəhər elektrik xəttində aparılan işlər səbəbindən bu gün saat 14-dən 16-dək Şərur şəhərinin Kapitan Seyidov, Səməd Vurğun və Mikayıl Müşfiq küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
Görülən işlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların həyata keçirilməsi məqsədi daşıyır. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin aparılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]