Səudiyyə Ərəbistanı ilə Livan arasında diplomatik gərginlik yaranıb
Qahirə, 30 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Beyrutdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və Livanın Krallıqdakı səfirinin 48 saat ərzində ölkəni tərk etməsini tələb edib. Eyni zamanda, Ər-Riyad Livan mallarının idxalına qadağa qoyub.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, iki ölkə arasında yaranmış diplomatik gərginliyin səbəbi Livanın informasiya naziri Corc Kordahinin qiyamçı husiləri müdafiə etməsi və Yəməndəki müharibəni “mənasız” adlandırması olub. Livan rəsmisi bu müharibəni Səudiyyə Ərəbistanının “təcavüzü” kimi qiymətləndirib.
Agentliyin xəbərində qeyd olunub ki, Səudiyyə Ərəbistanı dəfələrlə Livan hökumətindən narkotik vasitələrin Körfəz ölkələrinə göndərilməsini dayandırmağı tələb edib. Rəsmi Ər-Riyad təəssüflə qeyd edib ki, bu cür hərəkətlər iki ölkə arasında yaxşı münasibətlərə zərər vurur. Krallıq bildirib ki, bu problemlərə baxmayaraq, Səudiyyə Ərəbistanında məskunlaşmış livanlıları qardaş xalqın nümayəndələri hesab edir və onların mənafeləri qorunur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]