Səudiyyə Ərəbistanı Krallığının nümayəndəsi Milli Kitabxananın qonağı olub
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Nazirliyi ədəbiyyat, nəşriyyat və tərcümə komissiyasının nümayəndəsi Əhməd Tabaji Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonağa kitabxana haqqında məlumat verib.
Söhbət zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs olunub.
Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaq kitabxananı çox bəyəndiyini söyləyib.
Sonda qonağa hədiyyə təqdim olunub.