Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində vasitəçilik missiyasını davam etdirəcək
Bakı, 28 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində vasitəçilik missiyasını davam etdirəcək.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, bu fikir Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə Krallıqda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşündə ifadə edilib.
Məhəmməd bin Salman bildirib ki, Ər-Riyad Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsində uğurlu vasitəçilik edib və gələcəkdə - müharibənin başa çatmasından sonra bərpa-quruculuq işlərində iştirak etməyə hazırdır.
Krallığın vəliəhdinə təşəkkürünü bildirən Ukrayna Prezidenti qeyd edib ki, Kiyev gələcəkdə də Səudiyyə Ərəbistanının köməyinə ümid edir. O əlavə edib ki, görüş əsnasında ilk müzakirə mövzusu keçən il Ciddədə aparılan danışıqlar zamanı müzakirə edilən sülh formulu olub. “Biz indi ilk Sülh Sammitinə yaxınlaşırıq və Səudiyyə Ərəbistanının davamlı fəal dəstəyinə arxalanırıq”, - deyə Ukrayna prezidenti özünün “X” sosial platformasındakı səhifəsində yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]