SƏUDİYYƏ MEMARI DÜNYADA ƏN BÖYÜK SAAT LAYİHƏLƏŞDİRMİŞDİR
Dünyada ən böyük saat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın göydələnlərindən birində qoyulacaqdır. Həmin nəhəng saatın sıferblatı öz ölçüsünə görə Londonun məşhur Biq-Ben qülləsindəki saatdan xeyli böyük olacaq ki, bu da onu “Ginnesin rekordlar kitabı”na salmağa imkan verəcəkdir.
Saatı Səudiyyə mühəndisi və memarı, Kaliforniya universitetinin məzunu Xalid əl-Cummaz layihələşdirmişdir. O, özünün qeyri-adi layihələri ilə tanınır. Ötən il əl-Cummaz, tarixdə ilk dəfə olaraq, “Ay məsçidi”nin layihəsini yaratmışdır. Yerin peyki üçün nəzərdə tutulmuş yarımfantastik müsəlman məbədi Ayın landşaftına uyğun işlənib hazırlanmışdır. Orada günbəzşəkilli ibadətgah, minarə dəstəmaz almaq üçün fəvvarələr, molla və müəzzin üçün hücrələr də vardır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Səudiyyə memarı hətta gündüz və gecə saatlarında Ayda hərarətin dəyişməsi problemini də nəzərə almışdır. Əl-Cummazın fikrincə, “Ay məsçidi”nin beton divarları səmərəli, hərtərəfli düşünülmüş istilik izolyasiyası sistemi ilə təchiz olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]