Sidneydə narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşub
Tokio, 23 iyul, AZƏRTAC
Avstraliyanın Sidney şəhərində 270 kiloqram narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşub.
AZƏRTAC “Sydney Morning Herald” nəşrinə istinadla xəbər verir ki, həmin yük maşınında 200 milyon Avstraliya dolları (təqribən 140 milyon ABŞ dolları) dəyərində metamfetamin aşkar edilib.
Bildirilir ki, hadisə Sidneyin şimal-qərbində baş verib. Yol-nəqliyyat hadisəsi yaxınlıqdakı videokameralar tərəfindən lentə alınıb. Hadisədən təqribən bir saat sonra polis hadisə yerindən qaçan 26 yaşlı qanun pozucusunu həbs edib və yük maşınında axtarış aparıb. Həbs edilən sürücüyə qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda yük maşınının hərəkəti barədə informasiyalar toplayırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]