Şimali Koreya yaxın məsafəli qanadlı raketlərin növbəti sınağını keçirib
Tokio, 14 aprel, AZƏRTAC
Aprelin 14-də yerli vaxtla səhər saatlarında Şimali Koreya Yapon dənizi istiqamətində yaxın məsafəli qanadlı raketlərin növbəti sınağını keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri Cənubi Koreyanın hərbi strukturlarına istinadla məlumat yayıb. Bildirilir ki, Şimali Koreya tərəfindən raketlər Kanvon əyalətinin Mançon şəhərinin sahillərindən şərq istiqamətində buraxılıb. Səhər saat 7-də başlayan sınaqların təqribən 40 dəqiqə davam etdiyi qeyd edilir.
Əlavə olaraq bildirilir ki, sınaqlar Şimali Koreyanın əsasını qoymuş Kim İr Senin doğum günü ərəfəsində keçirilib.
Hazırda vəziyyətin ciddi nəzarətdə saxlandığı və lazımi informasiyaların toplanmasının davam etdirildiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]