SİRKDƏ BAŞ VERMİŞ FACİƏYƏ GÖRƏ ÜÇ NƏFƏR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMUŞDUR
Yanvarın 7-də Bakı Dövlət sirkində 2 uşağın ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnmiş faciəli hadisə ilə bağlı açılmış cinayət işinin istintaqını Bakı Şəhər Prokurorluğu aparır.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şəhər prokurorluğunun əməkdaşları mütəxəssislərin və ekspertlərin iştirakı ilə hadisə yeri müayinə edildikdən sonra Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan adam öldürmə) və 162.2 (əmək mühafizəsi qaydalarını pozmaq) maddələri ilə cinayət işi başlanmışdır və müvafiq istintaq tədbirləri davam etdirilir.
Attraksion qurğusunun istismarı və istifadə olunmasında kobud qanun pozuculuğuna yol verdikləri üçün Bakı Dövlət sirkinin kommersiya direktoru R.Məmmədov, sirkin əməkdaşları S.Əmirəhmədov və T.Məmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Baş vermiş ağır faciə ilə əlaqədar başlanmış cinayət işinin istintaqının tam, hərtərəfli və obyektiv aparılması, bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün prokurorluq tərəfindən zəruri tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]