“Sky Sports” telekanalı Formula 1 yarışlarının mövsümqabağı testlərini canlı yayımlayacaq
Bakı, 22 yanvar, AZƏRTAC
Böyük Britaniyanın “Sky Sports” telekanalı Formula 1 yarışlarının yeni mövsümünün ilk test sessiyasını canlı yayımlayacaq.
AZƏRTAC “Motorsport Week” nəşrinə istinadla xəbər verir ki, telekanal fevralın 18-dən 21-dək Barselonadakı trasda keçiriləcək ilk sessiyanın hər dörd test gününün ikinci hissəsini nümayiş etdirəcək.
Bununla yanaşı, translyasiyalarda xüsusi qonaqların, komanda rəhbərlərinin, pilotların iştirakı da gözlənilir. Onlar baş verənlərə öz münasibətlərini tamaşaçılarla bölüşəcəklər. Bundan başqa, hər gün sessiya başa çatdıqdan sonra bir saatlıq icmallar efirdə gedəcək. Belə ki, “Sky Sports” Formula 1-ə dörd test günü üçün 20 saat efir vaxtı sərf edəcək.
İkinci testlərə aid planlar barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]