Slovakiyada dövlət müstəqilliyinin 30 illiyi qeyd edilir
Bratislava, 17 iyul, AZƏRTAC
Slovakiyada “Suverenlik Bəyannaməsi”nin 30 illik yubileyi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, 1992-ci il iyulun 17-də Çexoslovakiyanın tərkib hissəsi olan Slovakiya parlamentinin qəbul etdiyi sənəd ölkənin dövlət müstəqilliyinin əsası sayılır. Məhz bu sənədin qəbulundan sonra Çexoslovakiyanın hərbi münaqişə baş vermədən parçalanması prosesi sürətlənmiş və Çexoslovakiyanın dövlət başçısı Vatslav Havel vəzifəsindən istefa verib.
Bu aktın qəbulundan təxminən yarım il sonra Çexiya və Slovakiya iki müstəqil dövlətə çevrilib. Slovakiyanın Baş naziri Eduard Heqer bildirib ki, 90-cı illərin əvvəlində ölkə cəmiyyətində ab-hava olduqca gərgin idi, ölkədə millətçilik tendensiyaları və çexlərə qarşı nifrət artırdı. Lakin dinc yolla iki dövlətin yaranması bu xalqlar arasında yadlaşmaya gətirib çıxarmadı, əksinə, hər iki ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf edib. Hazırkı perspektivdən geri baxdıqda 30 il bundan əvvəl dövlətlərin müstəqilliyə doğru atdığı addımın düzgün qərar olduğu bir daha təsdiqini tapır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [14:35]
Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var
- 19.08.2026 [14:29]
Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb
- 19.08.2026 [13:07]
Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb
- 19.08.2026 [13:04]
Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb
- 19.08.2026 [13:00]
İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs
- 19.08.2026 [12:56]
Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib
- 19.08.2026 [12:27]
Toqoda saxlanılan iki fransız vətəndaşı ilə bağlı Parisdən açıqlama
Bu saata olan əsas xəbərlər
- [12:00]
Türkiyədə zəlzələ olub
- 18.08.2026 [23:56]
"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır
- 18.08.2026 [23:24]
Yunanıstanda meşə yanğınları başlayıb
- 18.08.2026 [22:55]