“Monako” Poqba ilə yollarını ayırıb
Bakı, 19 avqust, AZƏRTAC
Fransanın “Monako” komandası Pol Poqba ilə yollarını ayırıb.
AZƏRTAC Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin iyun ayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Klub 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionatının qalibi olmuş futbolçuya göstərdiyi etimada və “Monako”da olduğu müddətdə nümayiş etdirdiyi yüksək peşəkarlığa görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2025-ci ilin yayından “Monako”da çıxış edən Pol Poqba ötən mövsüm cəmi 6 oyun keçirib. Yarımmüdafiəçi bu müddətdə qol vurmayıb və heç bir məhsuldar ötürmə ilə yadda qalmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [18:38]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:34]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [17:53]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:22]
AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub
- 21.09.2026 [15:58]