Dördüncü ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
Bakı, 19 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan nəticələrinə əsasən IV ixtisas qrupu üzrə 600 və daha çox bal toplayan 1212 nəfər abituriyent qeydə alınıb. Onlardan 1103 nəfəri Azərbaycan, 109 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üçün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ümumilikdə 5048 plan yeri ayrılıb. Onlardan 3551-i dövlət sifarişi əsasında nəzərdə tutulub. Əczaçılıq ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 5 yerin, ictimai səhiyyə ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 10 yerin və stomatologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 7 yerin müsabiqəsində Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [12:37]
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır
- 19.08.2026 [10:33]
Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir
- 19.08.2026 [10:23]
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
- 18.08.2026 [15:21]
DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb
- 18.08.2026 [10:59]
Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Türkiyədə zəlzələ olub
- 18.08.2026 [23:56]
"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır
- 18.08.2026 [23:24]
Yunanıstanda meşə yanğınları başlayıb
- 18.08.2026 [22:55]
İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib
- 18.08.2026 [22:24]
Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib
- 18.08.2026 [22:01]
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
- 18.08.2026 [21:47]
Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir
- 18.08.2026 [21:39]
"Barselona" Rodrinin transferini açıqlayıb
- 18.08.2026 [21:27]
Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb
- 18.08.2026 [20:52]
Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb
- 18.08.2026 [20:31]
Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib
- 18.08.2026 [20:29]
Bu saata olan əsas xəbərlər
- 18.08.2026 [20:00]
DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir
- 18.08.2026 [19:29]