Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb
London, 19 avqust, AZƏRTAC
Böyük Britaniya Kraliçası Kamilla Kral III Çarlzın xərçəng diaqnozunun ictimaiyyətə açıqlanmasından əvvəl bunu gizli saxlamağın onun üçün çətin olduğunu etiraf edib.
AZƏRTAC xəbər verir ki, Kraliça bu barədə “Maggie’s” xərçəng xeyriyyə təşkilatının 30 illiyi münasibətilə hazırlanan videoda danışıb. Kamilla 2024-cü ilin yanvarında Londondakı “Royal Free” xəstəxanasında xərçəng xəstələrinə dəstək mərkəzinin açılışında iştirak etdiyi vaxt Kral Çarlzın xərçəng xəstəliyinə tutulduğunu və müalicəyə ehtiyacı olduğunu artıq bilirdi. Lakin diaqnoz hələ ictimaiyyətə açıqlanmadığından bu barədə heç kimə məlumat verə bilməyib. Kraliça həmin dövrü xatırlayaraq bunun olduqca çətin olduğunu bildirib.
Onun sözlərinə görə, xəstələr və onların ailələri ilə görüşərkən az qala Kral Çarlzın xəstəliyi barədə danışacaqdı, lakin bunun üçün uyğun zaman olmadığını düşünüb.
Kral III Çarlzın xərçəng diaqnozu 2024-cü il fevralın 5-də, Kraliçanın “Royal Free” xəstəxanasına səfərindən bir neçə gün sonra ictimaiyyətə açıqlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [14:29]
Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb
- 19.08.2026 [13:07]
Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb
- 19.08.2026 [13:04]
Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb
- 19.08.2026 [13:00]
İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs
- 19.08.2026 [12:56]
Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib
- 19.08.2026 [12:27]
Toqoda saxlanılan iki fransız vətəndaşı ilə bağlı Parisdən açıqlama
- 19.08.2026 [11:57]
Türkiyə XİN humanitar yardım işçilərinin qorunmasına çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Türkiyədə zəlzələ olub
- 18.08.2026 [23:56]
"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır
- 18.08.2026 [23:24]
Yunanıstanda meşə yanğınları başlayıb
- 18.08.2026 [22:55]
İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib
- 18.08.2026 [22:24]