Dünya ikincisi olan güləşçi: Kiçik səhv ucbatından çempionluğu əldən verdim
Bakı, 19 avqust, AZƏRTAC
Mənə ən çox təsir edən finalı 1:1 hesabı ilə uduzmağım oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Cavidan Nehmətov deyib.
77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada kiçik səhv səbəbindən çempionluğu əldən verdiyini bildirib: “Final görüşündə istədiyim taktikanı tətbiq edə bildim. Sadəcə, parter vəziyyətində gözləmədiyim bir səhvə yol verdim. Finalda uduzmaq, xüsusilə də 1:1 hesabı ilə məğlub olmaq, təbii ki, mənə təsir edir”.
O, hər şeyə baxmayaraq, çəkilən əziyyətin bəhrəsiz qalmadığını vurğulayıb: “Dünya çempionatında medal qazanacağıma, hətta çempion olacağıma inanırdım. Çünki bu yarışa qədər çox güclü və səmərəli təlim-məşq prosesi keçmişdim, məşqçilərim məni yüksək səviyyədə hazırlamışdılar. Ümid edirəm ki, qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərərək özümü sübut edəcəyəm. Mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Cavidan Nehmətov finalda rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olaraq gümüş medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:21]
“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək
- 22.09.2026 [15:08]
Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib
- 22.09.2026 [15:04]
Azərbaycan klubu litvalı basketbolçu transfer edib
- 22.09.2026 [13:53]
Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır
- 22.09.2026 [13:47]
Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub
- 22.09.2026 [13:42]