SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB DANİLO TÜRKƏ
Hörmətli cənab Prezident,
Sloveniyanın milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 iyun 2008-ci il.