Ş.Mirzəyev: Yaşadığımız firavan həyatımız üçün müdrik rəhbər Heydər Əliyevə borcluyuq
Bakı, 10 may, AZƏRTAC
Xalqımız çox xoşbəxtdir ki, Heydər Əliyev kimi ümummilli liderimiz var. Dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
Bu fikirləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn “Azərsun Holdinq” MMC-nin şöbə müdiri Şərbət Mirzəyev AZƏRTAC-a müsahibəsində bildirib.
Heydər Əliyev ideyalarının əhəmiyyətindən danışan Ş.Mirzəyev qeyd edib ki, müasir müstəqil dövlətimizin inkişafı, dünyada tanınması Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. Yaşadığımız firavan həyatımız üçün müdrik rəhbər Heydər Əliyevə borcluyuq.
Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Ş.Mirzəyev xalqımızın nurlu sabahına inamını ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:24]
Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]