Azərbaycan Dövlət İnformasiya Agentliyi

“SOCAR-AQŞ” inteqrə olunmuş qazma və quyu xidmətləri sahəsində beynəlxalq bazarda gücünü sınamaq əzmindədir

“SOCAR-AQŞ” inteqrə olunmuş qazma və quyu xidmətləri sahəsində beynəlxalq bazarda gücünü sınamaq əzmindədir

Bakı, 19 sentyabr, Nihat Budaqov, AZƏRTAC

Sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri olan və Azərbaycan neft sənayesinin tarixində əhəmiyyətli yer tutan “Əsrin müqaviləsi”nin iyirmi bir ili tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə olmaqla yanaşı, Azərbaycan və qonşu dövlətlərin siyasi və iqtisadi həyatında dönüş nöqtəsinə çevrildi. İlk dəfə olaraq müstəqil Azərbaycan dövləti Xəzər dənizinin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənilməsi təşəbbüsünü reallığa çevirdi. Bununla əlaqədar “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Ramin İsayevin Azərbaycanda qazma sənayesinin yeni inkişaf mərhələləri və müəssisənin fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Azərbaycanda qazma sənayesində bir sıra tanınmış müəssisələr fəaliyyət göstərir. Müştərək müəssisə olan “SOCAR-AQŞ”nin yaradılması hansı zərurətdən irəli gəlmişdi?

- “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş və horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. “SOCAR-AQŞ”nin yaradılmasında əsas məqsəd qabaqcıl qazma texnologiyalarından və müasir idarəetmə üsullarından istifadə etməklə təhlükəsiz və keyfiyyətli qazma işləri aparmaq, neft və qaz quyularını ən qabaqcıl beynəlxalq standartlara uyğun tikərək sifarişçi təşkilata təhvil verməkdir. Ötən dövrdə müəssisə ətraf mühitin mühafizəsini, mütəxəssislərinin sağlamlığını və təhlükəsizliyin təminatını əsas götürməklə 40-dan çox yüksək debetli neft-qaz quyusunu qazaraq sifarişçilərə təhvil verib.

Müəssisə, 2009-cu ildən etibarən Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (IADC) təşkilatının üzvüdür. “SOCAR-AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. “SOCAR-AQŞ” həmçinin, API Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.

Bundan başqa, “SOCAR-AQŞ” rəqabətə davamlı müasir qazma müəssisəsinin səmərəli strukturunu və kadr potensialını yaratmaq zəminində də səylərini var gücü ilə davam etdirir.

- “SOCAR-AQŞ” hazırda hansı yataqlarda qazma işləri aparır və hansı qabaqcıl texnologiyaları tətbiq etməklə layihələr həyata keçirir?

- “SOCAR-AQŞ” hazırda Xəzər dənizindəki “Günəşli” yatağının dayazsulu hissəsində 11 saylı dərin dəniz özülündə qazma işlərini həyata keçirir. Müəssisə, eyni zamanda “Qərbi Abşeron”, “Bulla” və “Günəşli 7” yataqlarında qazma işlərinin aparılması üçün hazırlıq işlərini davam etdirir. Əsas sifarişçilərimiz isə SOCAR-ın “Azneft” İstehsalat Birliyi və “SOCAR-ÜMD” MMC-dir.

Müəssisənin həyata keçirdiyi yeniliklərə nümunə olaraq 13 saylı dərin dəniz stasionar özülündən (DDSÖ) 350 saylı horizontal quyunun tikintisi işlərini misal çəkmək yerinə düşər. Quyunun tikinti işlərinə başlanması və uğurla yekunlaşması Azərbaycan qazma sənayesi tarixinə yeni şanlı səhifə əlavə edib. Belə ki, “SOCAR-AQŞ” ilk milli müəssisə olaraq “Günəşli” yatağının dayazsulu hissəsində, “Uralmaş 6000 PEM” qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan Yuxarı İntiqallı Qurğu - “Top Drive” quraşdırıb. Bu avadanlıq vasitəsilə horizontal qazma vasitəsilə dənizdəki məhdud sayda quyu yerindən səmərəli istifadə edilir, debitin dəfələrlə artması hesabına quyu tikintisinin ümumi səmərəliyi artır. Yeni qazma avadanlığı “Top Drive” vasitəsilə müəssisə quyunun qazılmasına sərf edilən vaxtı xeyli azaldaraq xərclərə qənaət olunmasına imkan yaradır. Məhz yeniliklər sayəsində son 3 ildə qazmanın orta kommersiya sürəti dörd dəfə artıb, qazma əməliyyatlarında boşdayanmaların faizi isə sifarişçi tərəfindən müəyyən edilmiş 3 faizlik göstəricidən xeyli aşağıdır.

Xüsusi vurğulamaq istəyirəm ki, “SOCAR-AQŞ” öz təcrübəsində ilk dəfə olaraq neft əsaslı məhluldan da istifadə edilməsini məhz 350 saylı quyunun qazma işlərində uğurla sınaqdan keçirib. Bu məhlul quyunun təmizlənməsi və qazma sürətinin artmasına əhəmiyyətli dərəcədə öz töhfəsini verdi. Bundan başqa, yeni avadanlığın tətbiqi qazma keçidinin artmasında və il ərzində daha çox quyuların qazılıb sifarişciyə təhvil verilməsində əhəmiyyətli rol oynayacaq. “SOCAR-AQŞ” əldə edəcəyi bu təcrübədən bəhrələnərək gələcəkdə də yeni, müasir tipli avadanlıqların lazım gəldiyi hallarda alınması və tətbiqi sahəsində səylərini artıracaq.

- “SOCAR-AQŞ” “bp Azerbaijan”ın yerli müəssisələr arasında elan etdiyi “Qabaqcıl texnologiyaların uğurlu tətbiqi” nominasiyası üzrə “İlin şirkəti” mükafatına layiq görülüb. Bu barədə fikirlərinizi bilmək maraqlı olar.

- Bu il iyunun 2-də XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində “bp Azerbaijan” şirkətinin yerli müəssisələr arasında elan etdiyi “Sahibkarlığın İnkişafı Mükafatı 2015” üzrə qaliblərin elan edilməsi mərasimi keçirildi. Qeyd edilən müsabiqəyə inamla qatılan “SOCAR-AQŞ” istehsalat sahələrində yeni texnika və texnologiyaların uğurlu tətbiqinə dair hazırladığı hesabatla müsabiqənin final mərhələsinə qədər yüksələrək “Qabaqcıl texnologiyaların uğurlu tətbiqi” nominasiyası üzrə “ilin şirkəti” mükafatına layiq görüldü.

“Sahibkalığın İnkişafı 2015” mükafatının əldə edilməsi müəssisə üçün böyük önəm daşıyır. Mükafatın dünya neft-qaz sənayesində aparıcı mövqe tutan və yeni texnologiyaların tətbiqində lider sayılan bp şirkəti tərəfindən verilməsi “SOCAR-AQŞ” üçün qururverici hadisə olmaqla yanaşı yaxın gələcəkdə bp ilə ikitərəfli əlaqələrin inkişafı üçün yeni üfüqlər açır. Bu da əsas hədəfimiz olan “Azərbaycan qazmaçılarının tarixi qabaqcıl rolunu müasir dövrdə bərpa etmək!” missiyasını inamla davam etdirmək üçün böyük stimul verir.

- Görülən işlərin təhlükəsiz aparılması, istənilən təhlükə potensialının aradan qaldırılması, sağlamlığın qorunması və əməyin mühafizəsi istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

- Bizim üçün işçilərin sağlamlığı və təhlükəsizliyi, eləcə də ətraf mühitin mühafizəsi ən vacib məsələdir. Hər il olduğu kimi, bu il də sıfır itirilmiş iş vaxtı ilə nəticələnən hadisə prinsipini əməliyyatlarımızda prioritet məsələ olaraq tutmuşuq. Fəaliyyətə başladığımız ilk illərdə əməkdaşlarımızın istehsalat mədəniyyəti və texniki təhlükəsizlik sahəsinə olan münasibətlərinin dəyişilməsinə nail olmağı qarşımıza başlıca hədəf qoymuşduq. Bu olduqca mühüm məsələdir, çünki qazma sənayesi risklərlə dolu bir sahədir. İlbəil biz buna nail olduq. Ona görə də müəssisənin əldə etdiyi bütün nailiyyətlərin əsasını Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) sahəsində əldə etdiyimiz nailiyyətlər ilə əlaqələndirmək daha düzgün olardı.

Belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməmiş, cari ilin yanvarından bu günə kimi 1344 ton həcmində polimer-kimyəvi və neft əsaslı qazma şlamı və 677 kubmetr həcmində müxtəlif məişət tullantıları toplanaraq çeşidlənib və ulitizasiya edilib. Əməliyyatlar zamanı ətraf mühitə zərər dəyməsinin qarşısını almaq məqsədi ilə drenaj sistemi yenidən qurulub, ekoloji münasib generatorlar alınaraq istismara verilib.

Müəssisə olaraq əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək, sağlamlıqlarına zərər verə biləcək faktorları aradan qaldırmaq, eləcə də ekoloji balansı qorumaq və inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Ekoloji məsələ bizim müəssisənin prioritetidir. Qazma zamanı neft şlamının daşınmasında gecikmə olursa biz həmin an qazmanı dayandırırıq. Bununla yanaşı, əməkdaşlarımızın peşə bilik və bacarıqlarının artırılması məqsədilə cari ilin yanvarından bu günə kimi yerli və xarici mütəxəssislər tərəfindən STTƏMM təlimləri keçirilib.

Qaradağ rayonunun Sahil qəsəbəsində “SOCAR-AQŞ”nin istehsalat sahəsi yerləşir. Burada dünya standartlarına cavab verən mexaniki sex və elektrosex qurulub. Yeni və müasir dəzgahlar alınaraq quraşdırılıb. Burada xüsusi olaraq avadanlıqların yoxlanılması üçün stend də yaradılıb. İstismardan qalan, təmirə ehtiyacı olan avadanlıqlarımız burada yaradılan elektrosexdə təmir olunaraq yenidən istehsalata tətbiq olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib