SOCAR-ın bir qrup əməkdaşı “Antikorrupsiya davranış modeli” təlimində iştirak ediblər
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələrək, SOCAR-ın bir qrup əməkdaşı “Antikorrupsiya davranış modeli” təlimində iştirak ediblər.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən hazırlanan və indiyə qədər 808 nəfərin qatıldığı təlimdə 2022-ci ilin sonuna qədər əlavə 2000-dən çox əməkdaşın iştirakı nəzərdə tutulur.