SİYASƏT
Soçidə QDİƏT Parlament Məclisinin komitə iclası keçiriləcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də və 26-da Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı, parlamentin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat İlham Əliyev iştirak edəcəklər.
Tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlığı regionunda nəqliyyat marşrutlarının hüquqi və siyasi aspektləri” mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Deputatlarımız müzakirə olunacaq məsələlər barədə çıxış edəcəklər.