CƏMİYYƏT
Son vaxtlar Səudiyyə Ərəbistanında 688 adam Yaxın Şərq virusuna yoluxmuşdur
Bakı, 9 iyun (AZƏRTAC). Səudiyyə Ərəbistanı Yaxın Şərq virusunun yeni qurbanlarının olduğunu təsdiq etmişdir. Bu virus artıq İordaniya, BƏƏ, Fransa, Almaniya, İtaliya, Tunis, Misir, Böyük Britaniya və ABŞ-da yayılmışdır.
AZƏRTAC xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanında bu virusa 688 adam yoluxmuşdur.
Səudiyyə Ərəbistanının səhiyyə naziri Tarik Əhməd Mədəni bildirmişdir ki, statistika qorxutmamalıdır, çünki virusla kontaktda olan insanların sayı durmadan azalır.
Virusun doğurduğu xəstəliyin əlamətləri adi soyuqdəyməyə oxşayır. Lakin sonra patogen böyrəkləri sıradan çıxarır və sətəlcəm başlayır.
Alimlər hesab edirlər ki, virusun əsas mənbəyi dəvələrdir.
Qeyd edək ki, hazırda dünyada 282 adam bu virusdan dünyasını dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]