Sorğu: Cənubi Koreya liderinin reytinqi tarixi minimuma enib
Bakı, 27 dekabr, AZƏRTAC
Cənubi Koreya Prezidenti Mun Ce-inin reytinqi 43,8 faizə düşərək yeni tarixi minimuma enib. Bu, bir həftə öncəki göstəricidən 3,3 faiz aşağıdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Realmeter” agentliyinin keçirdiyi sosioloji sorğunun nəticələrində əksini tapıb. Sorğuya əsasən, prezidentin əleyhdarlarının sayı 5,5 faiz artaraq 51,6 faizə yüksəlib. Beləliklə, ölkə liderinin fəaliyyətini mənfi qiymətləndirənlərin sayı ilk dəfə olaraq müsbət qiymətləndirənlərin sayını üstələyib. Göstəricilər arasında fərq 7,8 faiz təşkil edib.
Sosioloqların fikrincə, dövlət başçısının reytinqinin aşağı düşməsi bir sıra hadisələr, o cümlədən Prezident Administrasiyasında sənədlərin götürülməsi ilə bağlı qalmaqal, həmçinin mülki şəxslər və məmurlar barədə məlumatların qanunsuz toplanmasında Mun Ce-inin əlinin olması ehtimalı ilə əlaqədardır.
Eyni zamanda, Cənubi Koreyanın hakim Demokratik “Toburo” partiyasının dəstək səviyyəsi 36,3 faiz, Koreya Azadlıq Partiyasının dəstək səviyyəsi isə 25,6 faizdir.
Sorğu dekabrın 24-26-da ölkənin müxtəlif regionlarında yaşayan min nəfər arasında keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]