SOYQIRIM QURBANLARININ XATİRƏSİ UNUDULMAZDIR
Azərbaycan Müəllimlər İnstitutunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar keçirilən yığıncaq faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
İnstitutun rektoru, professor Məmmədhənifə Musayev yığıncağı açaraq, zaman-zaman ermənilərin torpaqlarımızda törətdikləri qırğınları xatırlatmış, bu vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının əhəmiyyətindən danışmışdır.
Sonra dosent Səttar Allahverdiyevin “31 mart azərbaycanlıların soyqırım günüdür” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi və çıxış edənlər 85 il bundan öncə erməni daşnaklarının Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakıda, Şamaxıda, Salyanda, Qubada soydaşlarımızın başına gətirdikləri müsibətlərdən söhbət açmış, qəsbkar düşmənin bu gün də öz qanlı əməllərindən əl çəkmədiyini vurğulamışlar.
Yığıncaq iştirakçıları əmin olduqlarını bildirmişlər ki, dövlətimizin başçısının müdrik siyasəti sayəsində xalqımızın haqq işi qalib gələcək, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN Xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]