“Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək

Bakı, 13 dekabr, AZƏRTAC
Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 1 milyon 150 min manatdan 15 faiz aşağı olmaqla, yəni 977 min 500 manata təkrar açıq hərraca çıxarılacaq.
Şirkətin ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən dekabrın 23-ü saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 9775 manat məbləğində beh ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Hərracla bağlı daha ətraflı məlumatları isə https://birjanews.az/herrac-elanlar/91 linkindən əldə etmək mümkündür.
Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata satışa çıxarılıb.