“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək
Bakı, 2 dekabr, AZƏRTAC
Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 1 milyon 150 min manatdan 10 faiz aşağı olmaqla, yəni 1 milyon 35 min manata təkrar açıq hərraca çıxarılacaq.
Şirkətin ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən dekabrın 8-i saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 10 min 350 manat məbləğində beh ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları https://birjanews.az/herrac-elanlar/75 linkdən əldə etmək mümkündür.
Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata satışa çıxarılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]