STİMULLAŞDIRICI LOTEREYANIN KEÇİRİLMƏSİNƏ XİTAM VERİLMİŞDİR
“Yeni Nəsil” məhdud məsuliyyətli cəmiyyəti “Gün-səhər” qəzetinə abunə yazılışını stimullaşdırmaq məqsədi ilə keçirdiyi tirajlı lotereyanın fəaliyyətinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) müraciət etmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, buna səbəb kimi abunə yazılışının baş tutmaması və nəticə etibarilə stimullaşdırıcı lotereyanın keçirilməsinin mümkünsüzlüyü göstərilmişdir. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə uyğun olaraq, QKDK sədrinin əmri ilə həmin lotereyanın keçirilməsinə xitam verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb
- 13.10.2026 [12:17]
Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib
- 13.10.2026 [12:11]