Sudanda üsyançılar Port Sudan aeroportuna PUA-larla hücum ediblər
Qahirə, 4 may, AZƏRTAC
Sudanın mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparan üsyançı Çevik Dəstək qüvvələri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Port Sudanda Osman Diqnə hərbi hava bazasına və Flaminqo radar stansiyasına hücum edib.
AZƏRTAC Sudan Xəbər Agentliyinə istinadla bildirir ki, hücum edən 11 PUA Sudan HQ tərəfindən zərərsizləşdirilib. Onlardan 7-si xüsusi vasitələrlə ələ keçirilib. Baş vermiş hücum nəticəsində insanlar arasında xəsarət alan yoxdur. Aviabazaya yüngül zərər dəyib.
Qeyd olunur ki, qısa müddətə işini dayandıran Port Sudan aeroportu yenidən xidmətə açılıb.
2023-cü il aprelin 15-dən etibarən Çevik Dəstək qüvvələri Sudan ordusu ilə ölkəyə nəzarət uğrunda mübarizə aparır, nəticədə minlərlə insan həlak olub və dünyanın ən pis humanitar böhranı yaranıb.
BMT və yerli hakimiyyət orqanlarının məlumatına görə, indiyədək 20 mindən çox insan həlak olub, 15 milyon insan isə evlərini tərk edib. Bununla belə, ABŞ alimlərinin araşdırmasına görə, ölənlərin sayı 130 minə yaxındır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
- 01.10.2026 [05:35]
Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır
- 01.10.2026 [04:40]
Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]