“SÜLEYMAN VƏZİROV” BORUDÜZƏN GƏMİSİ FASİLƏSİZ İŞLƏYİR
AZƏRTAC xəbər verir ki, Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin inşası sürətlə davam edir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirmişlər ki, inşaat işlərinin ilk həftəsi ərzində “Süleyman Vəzirov” borudüzən gəmisinin göyərtəsindən ümumi uzunluğu 2810 metr olan 235 boru qaynaq edilərək dənizin dibinə salınmışdır. Dənizdə təzyiq altında işləyəcək avadanlığın işinin yoxlanması və sazlanması uğurla başa çatdırılmışdır. Hazırda 5 qaynaq postunun bütün kran və bucurqadları normal işləyir.
Xəzər Dəniz Neft Donanmasının “Oqtay Vəliyev” və “İrgiz” yedək gəmiləri boruları sahildən iş yerinə çatdırır. “Süleyman Vəzirov” borudüzən gəmisinin lövbərlərinin daşınması və yerləşdirilməsini “Nerça” gəmisi həyata keçirir. Qaz kəmərinin sualtı hissəsinin çəkilişi 2 ay ərzində həyata keçirilməlidir. Borudüzən gəmidə çalışan “Neftqaztikinti” Trestinin 3 nömrəli tikinti-quraşdırma idarəsinin inşaatçıları böyük həcmdə işlərin vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər etmişlər.
Trest, eyni zamanda mürəkkəb sahil obyektlərinin inşasına başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]