Sumqayıt Dövlət Dram Teatrında “Kimdir müqəssir?” tamaşasının premyerası olub
Sumqayıt, 28 noyabr, Firuz Novruzov, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" vodevili əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, Teatrın və Sumqayıt Musiqi Kolleci kollektivinin birgə layihəsi olan, istedadlı rejissor Fuad Kazımovun quruluş verdiyi tamaşa tamaşaçıların alqışları ilə qarşılanıb.
Teatrın direktoru, Əməkdar artist Vidadi Məmmədov və rejissor Fuad Kazımov birgə layihənin hazırlanmasında göstərdiyi təşəbbüsə və uğurlu əməkdaşlığa görə kollec rəhbərliyinə, şəxsən dosent Səbinə Mehdiyevaya minnətdarlıqlarını bildiriblər.
Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, icraçı rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.