Sumqayıtda basketbol idman növü üzrə nümunəvi çıxışlar keçirilib
Sumqayıt, 25 noyabr, AZƏRTAC
Sumqayıtda “Sağlam həyat” devizi altında tədbir keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhərin Gənclər və İdman Baş İdarəsindən məlumat verilib.
Layihə çərçivəsində müxtəlif yaş kateqoriyalarından olan uşaq və yeniyetmələr basketbol idman növü üzrə nümunəvi çıxışlar ediblər.
Tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.