SUMQAYITDA İQTİSADİYYATIN YÜKSƏLİŞİ GÖZLƏNİLİR
Sumqayıtda fəaliyyət göstərən kommersiya banklarının maliyyə dövriyyəsi son ildə 7 dəfə artmışdır. Bu, şəhər iqtisadiyyatının intensiv inkişaf etdiyini, istehsal proseslərinin canlandığını göstərir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda dünyanın bütün ölkələrində istənilən an operativ surətdə maliyyə əməliyyatları aparmağa hazır olan 23 bankın filialları fəaliyyət göstərir. Sumqayıt respublikanın çoxşaxəli bank şəbəkəsinə malik ikinci şəhəridir ki, bu da onun böyük sənaye və maliyyə potensialından xəbər verir.
Banklar sağlam rəqabət şəraitində kiçik və orta biznesin inkişafı, Prezident İlham Əliyevin bölgələrin davamlı və tarazlı inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin həlli üçün real zəmin yaradırlar.