“Sumqayıt”ın Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb
Bakı, 5 sentyabr, AZƏRTAC
“Sumqayıt” klubunun Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb. Aleksey Baqanın yetirmələri V turda “Neftçi”nin qapısına yol tapa bilməyib - 0:3.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, komanda mövsümün qol vurmayan yeganə komandasıdır. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfə bir komanda startdakı 5 qarşılaşmada qol vurmayıb.
Belə uğursuzluqla üzləşən sonuncu komanda AZAL olub. Bakı klubu 2015/2016-cı il mövsümündə belə duruma düşüb. Lakin 2 xalı olan Sumqayıt təmsilçisindən fərqli olaraq AZAL 5 oyunun hamısında uduzub.
Qeyd edək ki, “Sabah”a 0:3, “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” “Zirə” və “Turan Tovuz”la qolsuz sülhə imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]