Süni intellekt dövrü: Cəmiyyət sosiotexnoloji mərhələyə keçir
Bakı, 10 fevral, AZƏRTAC
Müasir dövrdə süni intellekt texnologiyaları cəmiyyətin elmi-texnoloji inkişafında mühüm rol oynayaraq insan fəaliyyətinin müxtəlif sahələrinə dərin təsir göstərir. İnformasiya cəmiyyətindən sosiotexnoloji mərhələyə keçid prosesində süni intellekt insan intellektini tamamlayan və onun imkanlarını genişləndirən əsas amillərdən birinə çevrilib. Bu baxımdan süni intellektin inkişaf perspektivləri, onun peşələrə, əmək bazarına və ümumilikdə cəmiyyətin transformasiyasına təsiri aktual elmi müzakirə mövzusudur.
AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında süni intellekt texnologiyalarının cəmiyyətin inkişafındakı rolundan danışıb. O, süni intellektin insan intellektini tamamlayan texnoloji vasitə kimi formalaşdığını qeyd edib, gələcəkdə bəzi peşələrin avtomatlaşdırıla biləcəyini və superkompüterlərin geniş imkanlara malik olacağını qeyd edib.
Alim cəmiyyətin tədricən sosiotexnoloji mərhələyə keçdiyini vurğulayaraq süni intellektin insanın imkanlarını genişləndirən əsas amillərdən biri olduğunu bildirib: “Cəmiyyətdə yeni inqilab baş verir. Təbii intellekt süni intellektə uduzmağa doğru gedir. Çalışırıq ki, süni intellekt daha da yaxşı inkişaf etsin, insanlar ondan faydalansın, bu texnologiyalar cəmiyyətin davamlı inkişafına və insan həyatının keyfiyyətinin yüksəlməsinə xidmət etsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:17]
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır
- 10.02.2026 [13:07]
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr
- 10.02.2026 [12:55]
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib
- 10.02.2026 [12:42]
Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat elan edilib
- 10.02.2026 [12:31]
“Təhsil haqqında” Qanuna dəyişiklik edilir
- 10.02.2026 [12:00]
Azərbaycanlı cərrah-uroloq çinli alimlə birgə tədqiqat aparacaq
- 10.02.2026 [11:40]
Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb
- 09.02.2026 [19:03]