SÜRÜCÜ VƏ İKİ SƏRNİŞİN HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Xızı rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Bakı şəhər sakini Rəmzi Məmmədxanovun idarə etdiyi “QAZel” və Xaçmaz rayon sakini Yusif İbrahimova məxsus “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, Y.İbrahimov və sərnişinləri - həmyerliləri İmaməddin Ömərov, Xaspolad Həmidov hadisə yerində ölmüş, xəsarət almış Cəlil Şabanov və Vilayət Cavadov isə xəstəxanaya yerləşdirilmişlər. Vəziyyətləri orta ağırdır.
Faktla bağlı cinayət işi başlanmışdır, təhqiqat aparılır.