Tacikistanla Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Düşənbə, 16 iyun, АZƏRTAC
Tacikistanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin Sammiti çərçivəsində Tacikistan və Türkiyə prezidentləri Emamali Rahmon və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında siyasi, iqtisadi, ticarət, sosial, turizm, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Dünyada və regionda sülhün və sabitliyin qorunması, Əfqanıstan probleminin sülh yolu ilə həlli, terrorizm və ekstremizmlə birgə mübarizə sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Tərəflər nəqliyyat, logistika, əmək miqrasiyası, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.
Dövlət başçıları ölkələr arasında imzalanan sənədlərin həyata keçirilməsi, Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinin aktivləşdirilməsi, Tacikistan və Türkiyədə investorların və sahibkarların iştirakı ilə biznes-forumların keçirilməsi məsələlərini də müzakirə edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]