Tailandda daşqın təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
Mövsüm yağışlarının davam etdiyi Tailandda daşqın təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.
AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, xüsusən ölkənin cənub hissəsində, o cümlədən populyar turizm məkanı olan Puket adasında bir neçə gündür yağan şiddətli yağışlar daşqın, torpaq sürüşməsi, palçıq axınına səbəb olub. Nəticədə yollarda avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.
Meteorologiya qurumu şiddətli yağışların və güclü küləyin qarşıdakı günlərdə də davam edəcəyini proqnozlaşdırıb. Bu səbəbdən əhaliyə və müvafiq qurumlara mümkün təbii fəlakətlərə hazır olmaq barədə xəbərdarlıq edilib. Dağlıq ərazilərdə yaşayan sakinlərin təhlükəsiz ərazilərə təxliyə olunması tövsiyə edilib.