“Talassemiyasız həyat naminə”: Göygöldə qanvermə aksiyası keçirilib
Göygöl, 17 iyul, AZƏRTAC
Göygöldə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında donorlar "Respublika Qan Bankı" PHŞ-nin tibb heyəti tərəfindən müayinə olunduqdan sonra nəcib missiya daşıyan aksiyada iştirak ediblər.
Müxbir - Elcan Məmmədov