Tanınmış Amerika teleaparıcısı Corc Stefanopulosda koronavirus aşkarlanıb
Vaşinqton, 14 aprel, AZƏRTAC
Tanınmış Amerika teleaparıcısı, “Amerika, sabahın xeyir” verilişinin aparıcısı Corc Stefanopulosdan koronavirus COVID-19 üçün götürülən testin analizi pozitiv çıxıb.
AZƏRTAC xəbər verir ki, Stefanopulos bu barədə həyat yoldaşı, aktrisa və bestsellerlər müəllifi Ali Ventvort ondan koronavirus COVID-19 üçün götürülmüş testin müsbət nəticə verməsini təsdiqlədikdən iki həftə sonra birbaşa efirdə bəyan edib.
Ventvort virusun yaxınları və tanışları arasında yayılmasının qarşısını almaq məqsədi ilə Stefanopulosların Nyu-Yorkdakı evində özünütəcrid edib.
Bazar ertəsi günü ABŞ-da COVID-19 virusuna yoluxanların sayı 587.000 nəfərdən çox olub, bu virusdan ölənlərin sayı isə 23.644 nəfərə çatıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]