Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tbilisidə 10-cu Cənubi Qafqaz media konfransı keçirilir

Tbilisi, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Gürcüstanın paytaxtı Tbilisidə “Cənubi Qafqaz media konfransının 10 illiyi - kütləvi informasiya vasitələrinin azadlığı haqqında ATƏT-in öhdəliklərinin dərk edilməsi” mövzusunda konfrans işə başlamışdır.

İkigünlük konfransı ATƏT-in media azadlığı üzrə nümayəndəsinin ofisinin direktoru Andrey Rixter açmışdır.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç konfransın Cənubi Qafqaz ölkələrində kütləvi informasiya vasitələrinin azadlığı, bu istiqamətdə son 10 ildə qanunvericilikdə və təcrübədə həyata keçirilən dəyişikliklər ətrafında fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan yaradacağını bildirmiş, regionun mass-mediasında irəliləyişin hiss olunmasından məmnunluğunu vurğulamışdır.

Azərbaycan Respublikasından geniş tərkibdə nümayəndə heyəti konfransda iştirak etmişdir. Müzakirə olunan məsələlərlə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, ATƏT-in media azadlığı ofisinin təşkilatçılığı ilə keçirilmiş bu tədbir yubiley konfransıdır. Bütün konfranslarda Azərbaycan nümayəndə heyəti iştirak edərək, ölkədə kütləvi informasiya vasitələrinin, söz və məlumat azadlığının, fikir plüralizminin vəziyyəti barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırır. Bu konfransı Cənubi Qafqaz ölkələrində kütləvi informasiya vasitələrinin inkişafı, onların problemlərinin həlli ilə bağlı səmərəli platforma hesab etmək olar.

Vüqar Əliyev bildirmişdir ki, bu tədbir Cənubi Qafqaz respublikalarının bu sahədə üzərlərinə götürdükləri öhdəliklərin icra vəziyyəti barədə bir növ hesabat xarakteri daşıyır. Biz iştirakçılara ötən 10 ildə Azərbaycanın söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində keçdiyi yol barədə ətraflı məlumat verdik. Bildirdik ki, Azərbaycan Respublikası Konstitusiyasında informasiyanın əldə olunması, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, senzuranın yolverilməzliyi ilə bağlı prinsipial müddəalar öz əksini tapmışdır və zaman keçdikcə bu müddəaların həyata keçirilməsi istiqamətində uğurlu addımlar atılmışdır.

Prezident Administrasiyasının rəsmisi demişdir ki, 1998-ci ildə Azərbaycanda senzura ləğv olunmuş, 2003-cü ildə jurnalistlər tərəfindən Mətbuat Şurasının yaradılması ölkəmizdə mətbuatın özünütənzimləmə prinsipinin tətbiqinə imkan vermişdir. 2005-ci ildə isə demək olar ki, bütün Avropa məkanında və dünyada ən liberal qanunvericilik aktlarından olan informasiya əldə olunması haqqında çox mühüm bir Qanun qəbul edilmişdir və onun tətbiqi ilə bağlı dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Sektor müdiri xatırlatmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq olunmuşdur və bu Konsepsiyadan irəli gələn müddəaların yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Bu Fond vasitəsilə Azərbaycan Hökuməti müstəqil medianın inkişafına, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım edir.

Vüqar Əliyev demişdir: “Biz Azərbaycan Prezidenti tərəfindən jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri xüsusi qeyd etdik və 2013-cü ildə Azərbaycanda 156 jurnalistin mənzillə təmin olunması, dövlətimizin başçısı tərəfindən 240 mənzilli yeni binanın təməlinin qoyulması barədə məlumat iştirakçıların böyük marağına səbəb oldu. Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan Respublikasında medianın inkişafı, onun müstəqilliyinin möhkəmləndirilməsi, söz və məlumat azadlığı, fundamental demokratik prinsiplərin tətbiqi sahəsində çox mühüm nailiyyətlərimiz vardır və konfrans iştirakçıları bu barədə də geniş məlumatlandırıldılar. Həmçinin biz ölkəmizdə jurnalistlərin təhlükəsizliyinin, onların məqsədyönlü fəaliyyətinin təmin edilməsi üçün zəruri şəraitin formalaşdırılması sahəsində Azərbaycan dövlətinin beynəlxalq konvensiyalar və qanunvericiliklə müəyyən edilmiş prinsipləri dayanmadan yerinə yetirməkdə israrlı olduğunu da diqqətə çatdırdıq. Konfrans iştirakçılarını Azərbaycanın demokratik inkişafına, respublikamızda liberal media mühitinin formalaşdığına, ölkəmizin üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirdiyinə əmin edə bildik”.

ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə baş məsləhətçisi Juan Barata konfransın keçirilməsində məqsədin Cənubi Qafqaz ölkələri nümayəndələrinin görüşünü təşkil edib görülən işlərə, qarşıda duran vəzifələrə onların münasibətini öyrənmək olduğunu söyləmişdir. Diqqətə çatdırılmışdır ki, mövcud problemləri öyrənmək, bu problemlərin həlli yollarını müəyyənləşdirmək barədə fikir mübadiləsinin aparılması baxımından da konfrans mühüm əhəmiyyət kəsb edir.

Konfrans “Rəqəmli verilişə keçid” və “Ənənəvi və internet-media özünütənzimləmə məsələləri” mövzusunda ustad dərsləri ilə işini davam etdirəcəkdir.

İslam Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO