TBİLİSİDƏ AZƏRBAYCANLI ŞAİRƏNİN KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan azərbaycanlılarının Tbilisidəki mədəniyyət mərkəzində “Qafqaz Media” ictimai birliyinin sədri, “Borçalı” qəzeti və jurnalının baş redaktoru şairə Azadə-Taleh Abbasqızının Tbilisinin “Kolori” nəşriyyatında çapdan çıxmış “Həqiqətin təşnəsiyəm” kitabının təqdimat mərasimi keçirilmişdir. Yazıçı-publisist Əli Abbas şairənin yaradıcılığı barədə məlumat vermiş, yazıçı Ruhəngiz Gün, şair-tərcüməçi Givi Paçxataşvili, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov, şairlərdən Rafiq Hümmət, Səyavuş Uyğun və başqaları Azadə-Talehin əsərlərinin məziyyətlərindən söhbət açmışlar.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]