Tbilisidə evə qaz sızması nəticəsində 7 nəfər ölüb
Tbilisi, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Tbilisinin İsani rayonu ərazisindəki Ketevan Tsamebuli küçəsində yaşayış binasında evlərin birində təbii qazın sızması nəticəsində 7 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, ölənlər yaxınlıqdakı tikintidə çalışan fəhlələrdir, onların kimliyi hələlik məlum deyil.
Hadisə yerindən bildiriblər ki, fəhlələrin öldüyünü onların briqadiri aşkar edib. O, səhər saatlarında fəhlələrin işə çıxmadığını görüb və onların qaldıqları kirayə evə baş çəkib. Briqadir onların qazdan boğularaq öldüklərini aşkarlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İlkin məlumata görə, qaz sızmasına qızdırıcı qurğulardan istifadə qaydalarına riayət edilməməsi səbəb olub.
Paytaxt Tbilisi də daxil olmaqla, Samqori və digər rayonların qaz təminatçısı “Kaztransqaz-Tbilisi” şirkətidir.
Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl də “Kaztransqaz-Tbilisi” şirkətinin xidmət göstərdiyi Diğomi rayonunda da qaz sızması nəticəsində yaşayış binasında partlayış baş vermişdi. Nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]