TBİLİSİDƏ GUAM ÖLKƏLƏRİ ENERGETİKLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Energetika Nazirliyində mayın 8-də GUAM ölkələri energetikləri nümayəndələrinin görüşü keçirilmişdir.
Ekspertlər səviyyəsində keçirilən bu görüşdə Odessa-Brodı-Qdansk neft kəməri perspektivlərinin texniki detallarının müzakirə edildiyi bildirilir. Azərbaycan nümayəndə heyəti Sənaye və Energetika Nazirliyinin şöbə rəisi İdris Rzabəyovun rəhbərliyi ilə təmsil olunmuşdur.