Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tbilisidə “Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib

Tbilisi, 28 iyun, AZƏRTAC

İyunun 28-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlı layihə çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın iqtisadi və mədəni sahələrinə dəyən ziyan barədə ətraflı məlumat verməkdir.

Birliyin sədri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib ki, tədbirin əsas məqsədi Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar mövzusunu gündəmə gətirməklə, beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən Azərbaycana vurulmuş zərərlər barədə məlumatlandırmaqdır. Məlumat verilib ki, Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarında 2 qızıl, 4 civə, 2 xrom, 1 sink-qalay, 1 mis və 1 antimonitik hasil edən faydalı qazıntılar işğalçı ölkənin müəssisələrinə daşınır. Bu hərbi təcavüz nəticəsində 879 yaşayış məntəqəsi işğal olunub, etnik təmizləməyə məruz qalıb və yandırılıb. İşğal olunmuş ərazilərdə ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 minə qədər yaşayış evi və mənzil, 6000-dək sənaye, kənd təsərrüfatı və digər müəssisələr, 1 milyon hektardan artıq kənd təsərrüfatına yararlı torpaq sahəsi, o cümlədən 127 min 700 hektar suvarılan torpaqlar, 34 min 600 hektar üzüm və meyvə bağları dövriyyədən çıxarılıb. Bundan başqa, 1203 kilometr uzunluğunda olan şaxəli irriqasiya infrastrukturu tam məhv edilib, o da özündə ümumi tutumu 674 milyon kubmetr olan 5 su anbarını, 7296 hidrotexniki qurğunu, 36 nasos stansiyasını və 26 suvarma sistemini birləşdirirdi. İlkin hesablamalara görə, işğal olunmuş rayonlarda 144 min baş xırdabuynuzlu və 69 min baş iribuynuzlu heyvanlar Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılıb və soyğunçuluğa məruz qalıb. 4366 təhsil və səhiyyə obyekti, o cümlədən 690 orta məktəb, 855 məktəbəqədər müəssisə, 4 sanitar-müalicə kompleksi, 490 xəstəxana və digər səhiyyə obyektləri sıradan çıxarılıb.

Diqqətə çatdırılıb ki, erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsini təmsil edən obyektləri kütləvi şəkildə məhv ediblər. Belə ki, işğal altındakı ərazilərdə 23 muzey, 4 şəkil qalereyası dağıdılıb. Yüz min muzey eksponatı oğurlanaraq ölkədən çıxarılıb, 4500 tarixi abidə vandalizmə uğradılıb. Mədəniyyət və incəsənət müəssisələri, o cümlədən 6 dövlət teatrı və konsert təşkilatı, 927 kitabxana, 386 klub müəssisəsi və 85 musiqi məktəbi dağıdılaraq yararsız hala salınıb.

Tədbirdə ermənilərin dağıtdıqları tarixi, dini, mədəni abidələr, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqlar barədə fotoslaydlar vasitəsilə azərbaycanlı və gürcü tələbələrə ətraflı məlumat verilib.

Çıxışlarda ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması barədə fikirlər səsləndirilib. Bildirilib ki, bu cür tədbirlər vasitəsilə Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyası barədə beynəlxalq ictimaiyyət məlumatlandırılır. Bu da Azərbaycana qarşı tətbiq edilən ikili standartlara ciddi təsir göstərir.

Ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri cinayətlərə dair paralellər aparılıb, erməni vandalizminə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib